Biz Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə bildirib.
Lavrov Rusiyanın keçən həftə hərbi əməliyyata başladığını deyib və Kiyevin nüvə silahına malik olmasını “əsl təhlükə” kimi qiymətləndirib.
Qeyd edək ki, Lavrov “3-çü dünya müharibəsi olarsa bu dağıdıcı və nüvə savaşı olacaq”, deyə, Avropa ölkələrini də təhdid edib.