Rusiya XİN başçısı Sergey Lavrov ölkəsinin Gürcüstanla münasibətləri barədə məlumat verib.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir bu barədə keçirdiyi 2022-ci ilin xarici siyasət yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
“Ümid edirəm ki, Gürcüstanla birbaşa hava əlaqəmiz tezliklə bərpa olunacaq. İki ölkənin əhalisi arasında kontaktlar aktiv şəkildə artır. Gürcüstan ÜDM-indəki 10 faizlik artım Rusiya ilə turizm və ticarət əlaqələrinə görə yaranıb”, – deyə Lavrov bildirib.
Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hücumundan sonra ölkələr arasındakı münasibət pisləşmişdi.