Lavrov qırğız viskisini təriflədi – Şirkət hədiyyə söz verdi

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov viski seçimindən danışıb.

Milletinsesi.az xəbər verir ki, nazir “Rossiya – 24” telekanalına müsahibə verərkən jurnalist ona bu barədə sual verib.

“Mənə – fikrimcə, bunun adı “Praskoveyskoye”, səhv etmirəmsə, adı belə idi – viski verdilər. Amma hazırda növbədə ilk yerdə üstündə “Kyrgyz Whiskey” yazılmış şüşə var”, – deyə Lavrov söyləyib.

“RİA Novosti”nin xəbərinə görə, daha sonra  “Kyrgyz Whiskey” şirkəti Rusiya XİN başçısının dediklərinə münasibət bildirib.

“Lavrovun dedikləri xoş sürpriz oldu. Şirkət hazırda nazirə nəsə hədiyyə etmək istəyir. Ola bilər ki, bu, 7 ilin viskisi ilə dolu olan 1 butulka olsun”, – deyə şirkətin nümayəndəsi təşəkkür edib.

Mənbə

Share: