Lavrov sabahkı Putin-Ərdoğan görüşündən danışdı

Ankara Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda vasitəçi olmaq haqqında düşünürsə, o zaman Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu həftə Astanada görüşəcəklər, onların bunu müzakirə etmək imkanı olacaq.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva istənilən təklifləri dinləməyə hazırdır, lakin bu və ya digər prosesin nəticəyə gətirib çıxaracağını əvvəlcədən söyləmək mümkün deyil.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri gileylənib ki, rusiyalı tərəfdaşlar ilk dəfə deyil ki, hər hansı təşəbbüsü açıq elan edir, buna diqqət çəkir və sonra digər ölkələrin reaksiyasına baxırlar.

Putin-Ərdoğan görüşünün sabah Astanada keçiriləcək sammit çərçivəsində gerçəkləşəcəyi gözlənilir.

Mənbə

Share: