Lavrov türkmənistanlı həmkarı ilə sənəd imzaladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkmənistanın XİN başçısı Reşit Meredov arasında görüş keçirilib.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, R.Meredovun Moskvaya səfəri çərçivəsində nazirlər sənəd imzalama mərasimində iştirak ediblər.

 

Belə ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illəri əhatə edən əməkdaşlıq proqramı sənədi diplomatlar tərəfindən imzalanıb.

 

Qeyd edək ki, oxşar sənəd Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Rusiyaya səfəri zamanı Rusiya və Azərbaycan XİN arasında da imzalanmışdı.

Mənbə

Share: