Lavrova BMT-yə getmək üçün viza verildi

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən bir sıra şəxslərə BMT Baş Assambleyasının işində iştirak etmək üçün viza verilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Bu gün Lavrova və onu müşayiət edən bir sıra şəxslərə viza verilib”, – nazirlikdən qeyd edilib.

Xatırladaq ki, ABŞ Rusiyanın bir sıra rəsmilərinə, o cümlədən Lavrova sanksiyalar tətbiq edib.

 

Mənbə

Share: