Lavrovun Bakı səfəri, müəllimlər bu xəbərə məyus oldu – Modern.az-ın icmalı 

Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayevin mətbuat üçün keçirdiyi brifinq, Lavrovun Azərbaycana səfəri və digər önəmli hadisələr gündəmdə olub.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

Fevral ayından etibarən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Dəyişiklik səbəbindən Bakıətrafı ərazilərdə içməli suyun verilməsində fasilələr yaranır. “Azərsu”dan Modern.az-a bildirilib ki, qənaət rejimi yayda da davam edəcək.

 

Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. O, Prezident İlham Əliyev tərəfindən qəbul edilib. İon-Marçel Çolako Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb. Eyni zamanda, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin martın əvvəlində Azərbaycana səfər edəcəyi barədə məlumatlar yayılıb. Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa da Azərbaycanda səfərdədir.

 

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev mətbuat brifinqi keçirib. Brifinq zamanı nazir müəllimlərin 25%-nin 1000 manatdan çox maaş alacağını bildirib. O deyib ki, müəllimlərin işə qəbul imtahanlarının vaxtı uzadılacaq. Məlumata, bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Azərbaycana gəlib. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı naziri qəbul edib. İlham Əliyev Lavrovla görüşdə Ermənistana mesaj göndərib. Lavrov azərbaycanlıların rus dilində danışmasını yüksək qiymətləndirib və Putinin mövqeyini bəyan edib.

 

Türkiyənin Malatya bölgəsində baş verən növbəti zəlzələ zamanı 1 nəfər ölüb, 69 nəfər yaralanıb. Adıyaman bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zəlzələ bölgəsində 115 min nəfər dağıntılar altından sağ çıxarılıb. O deyib ki, zərzələnin dağıdıcı təsiri və mənfi hava şəraiti səbəbindən ilk günlər Adıyamanda müvafiq tədbirlər görülə bilməyib. Ərdoğan buna görə Adıyaman sakinlərindən halallıq istəyib. Türkiyə lideri, həmçinin Adıyamanda azərbaycanlı Sərvər Bəşirli ilə görüşüb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 16-da Türk Dövlətləri Təşkilatının zirvə toplantısnın keçiriləcəyini açıqlayıb. Nazir, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesindən danışıb və bildirib ki, 9 mart tarixində NATO mənzil-qərargahında dialoqa yenidən start veriləcək. Bununla belə, XİN başçısı əlavə edib ki, əgər İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, NATO-ya üzv ola bilməyəcək. O, həmçinin Adanada misirli həmkarı Sameh Şükrü ilə görüşüb.

 

İsveçrənin Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının illik sessiyası keçirilib. Sessiya çərçivəsində Rusiyanın işğalı başlayandan bəri Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılması ilə bağlı müzakirələr aparılıb. 

 

Sessiyada Azərbaycandan xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib. O, sesssiya çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Prezidenti Miryana Spolyariç ilə görüşüb və Laçın yolundakı vəziyyəti müzakirə edib.

 

Sessiyada iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Abdullahian BMT-də etirazla qarşılanıb. BMT-də Abdullahianın çıxışı başlayan kimi müxtəlif ölkələrin diplomatları və nümayəndələri molla rejiminə etiraz məqsədilə salonu tərk ediblər.

 

Belarusun paytaxtı Minsk şəhəri yaxınlığındakı Maçulişçi hərbi aerodromunda partlayış törədilib. Bildirilib ki, partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib. Bundan əlavə, Almaniyanın ABŞ və Polşa ilə birgə hərbi təlimlər keçirəcəyi açıqlanıb. Təlimlərin Polşa ərazisində keçiriləcəyi bildirilir. 

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Normal insanı terrorçuya çevirən “iynə” – “Deyirlər ki, sən cənnətə düşəcəksən”

Putin ultra-millətçilərlə əlaqəni gücləndirir – ABŞ institutu

Putin “tabut axını” ilə üzləşməli olacaq – CIA rəhbəri

Cenevrədə BMT-nin vacib toplantısı – Nələr müzakirə olunacaq?

Məşhur şirkətlər həqiqətən Rusiyanı tərk edib?…

Pandemiyadan sonra vərəm KƏSKİN ARTIR? – “Qorunmaq asan deyil…” – VİDEOMÜSAHİBƏ

ABŞ Ukraynaya yardım üçün 75.5 milyard dollar ayırıb

Direktor təyinatları ciddi araşdırmalarla aparılmalıdır – DEPUTAT

Ukrayna müharibəsində dönüş yaradan 3 SİLAH – FOTO

Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var…

Rusiya və Çin Zəngəzur dəhlizinin açılmasını İSTƏYİR

Məmurun jurnalistin sualına cavab verməmək hüququ var – Qulu Məhərrəmli

İki il əvvəl təyinat alan səfir hələ də işə başlamayıb

Emin Əmrullayevdən 8 Mart açıqlaması: Şikayət edin

Ermənilər Eldar Mansurov və Cahangir Cahangirovun əsərlərini oğurladı

Əməkdar elm xadiminin kitabları küçədə satılır – Deputatdan MÜRACİƏT

Məmurların telefonunda “TikTok” işləməyəcək – QADAĞA

Onlayn diplomatiya bizə nə vəd edir? – ŞƏRH

ABŞ-ın Ukraynaya hərbi yardımı Əfqanıstandakı xərcləri keçib – QRAFİK

Evimi söksünlər, amma yaxşı pul versinlər – Alatavadan VİDEOREPORTAJ

Mənbə

Share: