Lavrovun müavini İrəvana gəldi – Mirzoyanla görüş keçirdi

Rusiya və Ermənistan arasında siyasi məsləhətləşmələr keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, aprelin 11-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

 

Danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyətin müxtəlif aspektlərinə, o cümlədən region ölkələrində vəziyyətin normallaşmasına toxunulub.

Mənbə

Share: