Lavrovun müavini səfirlərlə Laçın yolunu müzakirə etdi 

Lavrovun müavini səfirlərlə Laçın yolunu müzakirə etdi 

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu və Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Vağarşak Harutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı Laçın yolundakı və Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.

 

Üçtərəfli razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

Mənbə

Share: