Lerik rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Milletinsesi.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, hadisə sentyabrın 4-də rayonun Günəşli kəndində yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə rayonun Göyşaban kənd sakini – Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri – Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib. Daha 8 nəfər yaralanıb.