Levandovski dünya çempionatlarının tarixinə düşdü

Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarının tarixinə düşüb.

 

Modern.az xəbər verir ki, 34 yaşlı hücumçu mundiallarda 2600-cü qolun müəllifi olub.

 

34 yaşlı hücumçu buna Qətərdə keçirilən yarışın ikinci turunda Səudiyyə Ərəbistanı yığması ilə matçda (2:0) fərqlənməklə nail olub.

 

Məlumat üçün bildirək ki, “Qətər-2022”dək turnirlərdə 2548 qol qeydə alınıb. Levandovskinin Asiya təmsilçisi ilə matçdakı dəqiq zərbəsi hazırkı çempionatın 52-ci, forvardın turnir tarixində ilk qoludur.

Mənbə

Share: