Leyla Əliyeva II Avropa Oyunlarına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Leyla Əliyeva II Avropa Oyunlarına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi. Tədbir, təxminən, 3 saat sürdü. Ancaq elə bir hiss var ki, sanki bir nəfəsə oldu.

Report-un məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, II Avropa Oyunlarının açılış mərasimi Belarus tərəfindən çox gözəl və sevgi ilə təşkil olunub:

“Proqramda Belarusun tarixi əks olunmuşdu. Fikrimcə, açılışa baxanlar bu ölkəyə daha da vuruldular”.

 

Share: