Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi öz şərhində Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini bildirib.
Milletinsesi.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu məsələyə münasibət bildirərək deyib:
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Aİ-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu, heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir”.