Leyla Abdullayeva Fransanın “Le Monde” qəzetini tənqid edib

Leyla Abdullayeva Fransanın “Le Monde” qəzetini tənqid edib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın “Le Monde” qəzetini tənqid edib.

 

Bu barədə diplomat tviterdə yazıb.

 

“Le Monde” gözünü aç!

 

– Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;

 

– Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki, ayrı düşüb (yol bağlanıb)”, – o, qeyd edib.

Mənbə

Share: