Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq

Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq

İsrailin maliyyə naziri Batsalel Smotriç yəhudi dövlətinin sərhədlərinin Qəzza, Livan və Suriyanı əhatə edəcək şəkildə genişləndirilməsinə çağırıb.

Milletinsesi.az xəbər verir ki, “Ynet” portalı onun sözlərini sitat gətirib: “Qəzzada sərhədlərimizi genişləndirmək siyasi bir addım olacaq, Livanda sərhədlərimizi Litani çayına qədər, Suriyada, ən azı Hermon dağının zirvəsinə qədər ərazilərin ilhaq edilməsi qətiyyətli bir siyasi addım olacaq”.

Baş nazir Benyamin Netanyahu İsrail kabinetinə Livanla birbaşa danışıqlara başlamağı tapşırıb. “Axios”un məlumatına görə, danışıqlar gələn həftənin əvvəlində başlaya bilər. Dialoqun əsas məqsədlərinin Livan “Hizbullah” qruplaşmasının tərksilah edilməsi və iki ölkə arasında sülhün bərqərar olması olduğu bildirilir.Publika.az

Müəllif: Tural

Share: