Litva rus diplomatı ölkədən qovdu 

Litva Rusiya səfirliyinin əməkdaşlarından birini persona non-qrata elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə məşğul olmaqda ittiham olunur.

 

Diplomatik nümayəndəliyin adı açıqlanmayan əməkdaşına beş gün ərzində Litva ərazisini tərk etmək əmri verilib.

 

Rusiya səfirliyi nümayəndəsinin Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Mənbə

Share: