Litva Rusiya Federasiyasına qarşı yeni sanksiyalarla bağlı təkliflərinə cavab gözləyir.
Modern.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.
“Biz doqquzuncu sanksiya paketini gözləməyə davam edirik. Yeni sanksiyalara düşə biləcək şəxslərin guya olmadığı, artıq hər kəsin siyahıya daxil edildiyini söyləyənlərlə razılaşmamaq istərdim. Litva öz siyahısını təklif edib. Biz hələ də Avropa institutlarının reaksiyasını və doqquzuncu sanksiyalar paketinin təşviqini gözləyirik”, – Landsberqis bildirib.
Rusiya Federasiyası Ukraynada müharibəyə başlayandan bəri Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb.