
Litvada yüngül mühərrikli iki nəfərlik təyyarə qəzaya uğrayıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva polisi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Qəzanın səbəbi məlum deyil.
Polis araşdırma aparır. Qəza baş verən bölgəyə təcili yardım cəlb edilib.


