Livan prezidenti hökuməti istefaya göndərdi

Livan Prezidenti Mişel Aun hökuməti istefaya göndərib.

 

Modern.az xəbər verir ki, prezident mayın 15-də keçirilən parlament seçkilərindən sonra müvəqqəti fəaliyyət göstərən hökuməti istefaya göndərdiyini bəyan edib.

 

Dövlət başçısı yeni kabinetin yaradılması haqqında fərmanı Baş nazir Nəcib Mikati ilə fikir ayrılığına görə imzalamayıb.

Mənbə

Share: