“Liverpul” qapıçısını icarəyə verdi

“Liverpul” qapıçısını icarəyə verdi

“Liverpul” futbolçusu Viteslav Yaroşu icarəyə göndərib. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı qapıçı karyerasını “Nots Kaunti”də davam etdirəcək. 5-ci liqa klubu oyunçu ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.

 

 

Qeyd edək ki. Yaroş əvvəllər 9 ay icarə əsasında “Sent Patriks”də (İrlandiya) oynayıb. O, ötən il burada İrlandiya kubokunu qazanıb və klubun ən yaxşı futbolçusu seçilib.

Share: