“Liverpul”dan yeni rekord

“Liverpul”dan yeni rekord

“Liverpul” İngiltərə kubokunda yeni rekorda imza atıb. 

Qol.az “Opta”ya istinadən xəbər verir ki, komanda buna ötən gecə turnirin yarımfinalında “Arsenal”la matçda nail olub. “Mersisaydlılar” rəqibini 2:0 hesabı ilə məğlub edib. Nəticədə “Liverpul” klub tarixində 13-cü dəfə İngiltərə kubokunun finalına vəsiqə qazanıb. Bu da turnir üçün rekorddur.

 

 

Qeyd edək ki, “Liverpul” daha əvvəl iştirak etdiyi 12 finalda 8 dəfə qalib gəib və 4 dəfə məğub olub.

Share: