Liviyanın paytaxtı Tripolida şiddətli döyüşlər başlayıb.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, döyüşlər gün ərzində davam edib.
Məlumata görə, qiyamçı general Xəlifə Haftara sadiq qüvvələr paytaxt ətrafındakı silah anbarına hücum edib və şəhərə daxil olmağa çalışıb.
Liviyada Əbdülhəmid əl-Dbeybəhin başçılıq etdiyi Tripolidəki Milli Birlik Hökuməti ilə şərqdə yerləşən və parlamentin dəstəklədiyi Fəthi Başağanın rəqib hökuməti arasında gərginlik kulminasiya nöqtəsinə çatıb. BMT və Qərb ölkələri tərəfləri dialoqa çağırıb.