Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tabeliyində olan tibb müəssisələrinin yenidən qurulması ilə bağlı satınalma müqaviləsi imzalanıb.
Milletinsesi.az Banker.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən yarımçıq xəstəxana binasının profilinin dəyişdirilərək 123 çarpayılıq Narkoloji Mərkəz kimi istifadəyə verilməsi (1-ci mərhələ) çərçivəsində əsaslı təmir işləri həyata keçiriləcək.
Bu istiqamətdə qurum PRO Construction Company MMC ilə 754.795,77 AZN məbləğində müqavilə bağlayıb.


