“Qərb müttəfiqləri Kiyevə tədarük edilən hərbi texnikanın çeşidini tədricən artırır…”
“Bu, Ukrayna Silahlı Qüvvələrinə Rusiya qoşunlarını sıxışdırmağa kömək edəcək…”
Böyük Britaniya Qərb ölkələri arasında ilk dəfə olaraq Ukraynaya əsas döyüş tankları verməyə razılaşıb. Bu hərbi texnikanın tədarükü barəsində ölkənin baş naziri Raşi Sunak telefon danışığı zamanı şəxsən Vladimir Zelenskiyə məlumat verib.
Moderator.az xəbər verir ki, bu barədə “news.online.” nəşri məlumat yayıb.
London Ukraynaya 12 ədəd “Çellencer-2” tankını, həm də 4 ədəd bu döyüş maşınından dərhal göndərəcək. Tanklardan əlavə, Birləşmiş Krallıq Kiyevə artilleriya sistemi də verəcək.
Sunakın mətbuat xidməti bəyan edib ki, bu addım “Böyük Britaniyanın Ukraynaya dəstəyini gücləndirmək niyyətindən” xəbər verir. Bu, Ukrayna Silahlı Qüvvələrinə “Rusiya qoşunlarını sıxışdırmağa” kömək edəcək.
Qərb müttəfiqləri Kiyevə tədarük edilən hərbi texnikanın çeşidini tədricən artırır. Əvvəllər NATO ehtiyat edib ki, tankların tədürük edilməsi Kreml tərəfindən münaqişənin eskalasiyası kimi dəyərləndirlə bilər.
Lakin Rusiya Kiyevə Amerikanın “Bredli” piyadaların döyüş maşınının, Fransanın “AMX-10RC” təkərli tanklarının və Almaniyanın “Marder” zirehli transportyorlarının tədarükünə münasibət bildirməyib.
Yalnız general Konaşenkov gündəlik məlumatında hətta Ukrayna ərazisinə gedib çatmayan 4 ədəd “Bredli” piyaladaların döyüş maşınının məhv edilməsini söyləyib.
Görünür, bundan sonra London stavkaları qaldırmaq qərarına gəlib. “CIT” qrupu hərbi analitikləri hesab edir ki, Ukraynaya tankların verilmısi bu tip texnikanın tədarükünə qadağanı aradan qaldırır. Onların fikrincə, ingilis döyüş maşınları Ukrayna cəbhəsi üçün az yararlıdır.
“Çelencer-2” tanklarının tədarükü ehtiyat hissələri və logistika ilə bağlı problemlər yaratmaqla bərabər, həm də çox ağırdır, 75 ton çəkisi var. “Müqayisə üçün “T-72 BZM” tankının çəkisi təxminən 47 tondur.
Sovet dövründə tikilən körpülər 50 tonadək çəkiyə hesablanıb. Ukraynada olan trallar həmçinin ağır texnikanı daşımaq qabiliyyətinə malik deyil. Bundan başqa, belə tankların dəmir yol ilə də daşınmasında problemlər mümkündür”, – hərbi analitiklər belə hesab edir