Böyük Britaniyanın paytaxtı Londonda Ali Məhkəmənin qarşısında “WikiLeaks”in qurucusu Culian Assanca dəstək aksiyası keçirilir.
Moderator.az report-a istinadğn xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Aksiyada Böyük Britaniya Jurnalistlər Milli Birliyinin keçmiş rəhbəri Tim Douson, həmçinin Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin də iştirak edir.
“Bu, 21-ci əsrin mətbuat azadlığı ilə bağlı ən vacib işdir. Məhkəmə başa düşməlidir ki, bu ölkədə insanların əksəriyyəti hesab edir ki, jurnalist həqiqəti söylədiyi üçün həbsxanaya düşməməlidir”, – aksiya iştirakçıları vurğulayıblar.
Xatırladaq ki, daha əvvəl Britaniya hökuməti London Ali Məhkəməsinin fevralın 20-də iki günlük dinləmələrə başlayacağını və bu dövr ərzində “WikiLeaks”in təsisçisinin Britaniya məhkəmələrində onun ABŞ-yə ekstradisiyasına dair qərara etiraz etmək imkanının olub-olmadığını müəyyən edəcəyini açıqlamışdı.
Onun ABŞ-yə ekstradisiyasının qarşısını almaq üçün son variantlardan biri Avropa İnsan Haqları Məhkəməsinə müraciət ola bilər.