“Londonda qardaş ölkə üçün səfərbər olmuşuq”

“Londonda qardaş ölkə üçün səfərbər olmuşuq”

Xaricdə yaşayan azərbaycanlılar da dünyanın hər tərəfindən qardaş Türkiyəyə yardım üçün səfərbər olublar. 

 

Moderator.az xəbər verir ki, Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin çağırışı ilə Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanıb. H.Baxşəliyev bildirib ki, həmvətənlərimizin fədakarlığı bizi qürurlandırır:

 

“Londonda da qardaş ölkə üçün səfərbər olmuşuq. Burada yaşayan bütün azərbaycanlılar dəstək üçün əlindən gələni edirlər. Bu qədər etibarlı, düşüncəli, vətənpərvər bir xalqın nümayəndəsi olmaqdan qürur hissi keçirirəm. Heç kim əlindən gələni qardaş ölkə üçün əsirgəmir” .

 

Qeyd edək ki, qardaş ölkəyə isti geyimlərdən əlavə yastıqlar, yorğan, uşaq bezləri və s. də göndərilib. Yardım kampaniyası davam edir. 

Mənbə

Share: