Los Anceles külə döndü: Ziyanın miqdarı…

ABŞ-ın Los Anceles şəhəri və ətraf ərazilərində davam edən genişmiqyaslı yanğınlar səbəbindən dəyən zərərin və iqtisadi itkilərin həcminin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “AccuWeather” ekspertləri bildirib.

Qeyd edək ki, ötən həftə portal dəyən zərərin həcminin 52-57 milyard dollar olduğunu açıqlamışdı.

Xatırladaq ki, 7 yanvarda başlayan və hələ də nəzarət altına alınmayan yanğınlar artıq 163 kv.km ərazini əhatə edir. İndiyə qədər yanğınlarda 24 nəfər ölüb, minlərlə mülk yanıb.

Share: