
Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Lui Bono ilə görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə TŞ məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində baş verən son hadisələri, Laçın dəhlizi ətrafındakı situasiyanı müzakirə ediblər.
Görüş Bononun İrəvana səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, diplomat bundan əvvəl Azərbaycanda səfərdə idi.