“Lukaşenko ilə qucaqlaşıb öpüşən gerçək Putin olmayıb…”- Keçmiş “KQB” əməkdaşı…-VİDEO

“Lukaşenko ilə qucaqlaşıb öpüşən gerçək Putin olmayıb…”- Keçmiş “KQB” əməkdaşı…-VİDEO

Rusiya Federasiyasının prezidenti Vladimir Putin dekabrın 19-da Belarusa səfəri zamanı dublyorundan -oxşarından istifadə etmiş ola bilərdi.

 

Moderator.az xəbər verir ki, bu fərziyyəni keçmiş SSRİ DTK və Rusiya kəşfiyyatının sabiq əməkdaşı Sergey Jirnov “UNIAN” jurnalistləri ilə bölüşüb.

 

Jirnov hesab edir ki, Rusiya prezidenti Minsk hava limanında onun qarşılandığı çörəyi yeməyə risk etməzdi. Ekspert əsl Putinin digər trapdan çıxıb dərhal iqamətgaha gedə biləcəyini güman edir. “Ancaq dublyor Lukaşenko ilə ünsiyyətdə olub, onu öpüb, qucaqlayıb və s” -deyə keçmiş “çekist” bildirib.

 

S. Jirnov Vladimir Putinin Fransa prezidenti Emmanuel Makronla 6 metrlik masa arxasında necə danışdığını da xatırladıb. Onun sözlərinə görə, Rusiya prezidenti ilə əlaqə saxlamaq üçün insanlar iki həftədən bir tibbi analizlərdən keçmək məcburiyyətində qalıblar.

 

“Bunun əsl Putin olduğuna əminlik yoxdur. Yaxud bu, əsl Putindirsə, deməli, onunla nəsə tamamilə yanlış gedir. Yeri gəlmişkən, doğrudan da, onunla bağlı qəribə nəyinsə baş verdiyi nəzərə çarpır”, -keçmiş “KQB” əməkdaşı belə deyib.

 

Xatırladılır ki, bir müddət əvvəl Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Putini dublyorlarının əvəz edə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, diktatorun ən azı üç dublyoru var…

 

Sultan Laçın

Mənbə

Share: