Lukaşenko son üç ildə ilk dəfə Avropaya gedəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə səfərə hazırlaşır.

Bu, onun 2016-cı ildən Avropa İttifaqına ilk səfəri olacaq.

Lukaşenko noyabrın 12-də Avstriyaya səfər edəcək. Belarus liderinin Avstriya prezidenti Aleksander Van Der Bellenlə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Lukaşenko ona qarşı qüvvədə olan sanksiyalar səbəbindən Aİ-yə işgüzar səfərlər etməyib./Teleqraf.com

Share: