
Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə yenidən görüşməyi planlaşdırıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Bu, şübhəsizdir. Biz yaxın vaxtlarda Vladimir Putinlə bir daha görüşəcəyik və nəhayət ilə yekun vuracağıq. Ən azı, gələn il üçün vəzifələrimizi planlaşdıracağıq”, – Lukaşenko deyib.
Sonuncu dəfə Lukaşenko və Putin oktyabrın 14-də Astanada MDB sammiti zamanı görüşüblər.