Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir… – ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI

Şüyüd tərkibində olan bir çox mineral və vitamin sayəsində insan orqanizmi üçün olduqca faydalı göyərtidir.

Lent.az şüyüdün insan orqanizminə inanılmaz faydalarını sadalayır.

– Bir az doğranmış şüyüdü yeməklərdən təxminən 15 dəqiqə öncə yeyərək, özünüzü uzun müddət tox hiss edə bilərsiniz.

– Tərkibində bol miqdarda fosfor, maqnezium, mis, dəmir, sink, A və C vitaminləri yer alır.

– Bir dəstə şüyüd yeməklə gündəlik A vitamini ehtiyacınızın 43 faizini, C vitamini ehtiyacınızın isə 40 faizini qarşılaya bilərsiniz.

– Həzmsizlik, mədə ağrısı və bu kimi sağlamlıq problemlərinin müalicəsində istifadə olunan təbii vasitədir.

– Köpü aradan qaldırır.

– Bol miqdarda kalsium ehtiyatı olan şüyüd sümük sağlamlığını qoruyur.

– Hıçqırıq müalicəsində şüyüd istifadə oluna bilər.

– Tərkibində olan B vitamini və yağlar sayəsində yuxusuzluğu önləyir, sakitləşdirici təsir göstərir.

– Təbii bir insulin olaraq şəkər xəstələrinin istifadəsi üçün uyğundur.

– Xərçəngin qarşısını alır.

– Revmatizm, iltihab, qut, artrit və oynaq iltihabı xəstəliklərinin səbəb olduğu ağrıları müalicə edir. Sümükləri bərkidir.

– Menstruasiya pozuntusu zamanı faydası var.

– Ağız və diş xəstəliklərinə qarşı təsirlidir. Şüyüd yarpaqları istifadəsi ilə ağız içi infeksiyaları müalicə edə bilərsiniz.

– Depressiyanı azaltmağa kömək edir.

–  Xolesterolu aşağı salır.

– Nəfəs yolu xəstəliklərində müalicəvi təsiri var.

Share: