Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Milletinsesi.az-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.
“Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb”, – nazirlikdən qeyd olunub.