Məhkəmənin qərarı qazinin ölümünə səbəb oldu

Qazi Polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov Sumqayıtda Məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb! Dünyasını dəyişib!

Millətin Səsi.az xəbər verir ki, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu özünün feysbuk səhifəsində yazıb.

O bildirib: “Hadisə Sumqayıtda məkəmə qərarlarının icrası binasında baş verib! Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş. Kartı da bloklanıb”.

Allah rəhmət eləsin!

Share: