Məktəbə silahlı hücum terror aktı ELAN EDİLDİ

Məktəbə silahlı hücum terror aktı ELAN EDİLDİ

Rusiyanın İjevsk şəhərində orta məktəbə silahlı hücum terror aktıdır.

 

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

“Prezident Vladimir Putinin hadisədən xəbəri var, baş verənlər sadəcə kədərlidir. Qeyri-insani hadisə Rusiyaya qarşı terror aktıdır. Hadisə ilə bağlı araşdırma aparılır, matəm elan olunub”,-  deyə Peskov vurğulayıb.

 

Xatırladaq ki, bu gün Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 13 nəfər ölüb. Onlardan 7-si məktəblidir.

Mənbə

Share: