Məktəb direktoruna cinayət işi açıldı

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

 

Bu barədə Modern.az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

 

İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Mənbə

Share: