Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Millətin Səsi.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


