
Türkiyənin Düzce bölgəsində futbol oynayan uşaq məktəbin yaşıl meydançasında canını tapşırıb.
Modern.az xəbər verir ki, 12 yaşlı Mehmet Emin Başar bədən tərbiyəsi dərsində dünyasını dəyişib.
Məlumata görə, yeddinci sinif şagirdi bir qədər qaçdıqdan sonra halı qəfil pisləşib və yerə yıxılıb.
İlkin müdaxilə edilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.
12 yaşlı məktəblinin əvvəllər səhhətində heç bir problemin olmadığı vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
Turan