“Mənə müğənni deyəndə utanıram”

“Mənə müğənni deyəndə utanıram”

Əməkdar artist Firuzə İbadova “müğənni” adından utandığını deyib.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda “İncə səhər” verilişində deyib. O bildirib ki, son günlər müğənnilik peşəsini ucuzlaşdırıblar:

“Səhnədə olan insanın sütunu olmalıdır. Səhnədə görünməlidir. Müğənni sözü nədir? Səs, ifa edərkən səs qulağına gözəl dəyməlidir. Müğənni böyük səlahiyyət daşıyır. O adı qazanmaq üçün nə qədər işləməlidir. Danışıq səsi başqadır. Bu sözü bizə Şövkət Ələkbərova deyirdi: Səs tellərində qiymətli metal olanda ifa edə bilərsən. İndi müğənni adı ucuzlaşıb. İndi mənə müğənni deyəndə utanıram”.

Share: