“Mən indi əlimdə avtomat və əynimdə zirehli jiletlə ön cəbhədə olmalıyam…”

“Ya azadlıq, ya ölüm!..”

 

“Ukraynadakı müharibə gürcülər üçün də vətən savaşıdır və orada Gürcüstanın da taleyi həll edilir…”

 

“Necə ola bilər ki, müasir ordunun yaradıcısı böyük döyüşü həbsxanadan müşahidə etsin?..”

 

Saakaşvili onu həbsxanadan Ukrayna uğrunda müharibəyə göndərməyi tələb edir…

 

Düz bir il öncə Tbilisidə həbs edilən Gürcüstanın sabiq prezidenti, Ukrayna islahatları Milli şurasının rəhbəri Mixail Saakaşvili bəyan edib ki, hazırda “əlində avtomat və əynində zirehli jiletdə ön cəbhədə olmalıdır”.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

 

Onun “365 gün əsirlikdə” olması ilə əlaqədar  müraciətində deyilir ki, Ukraynada müharibə “gürcülər üçün də vətən müharibəsidir və orada Gürcüstanın da taleyi həll edilir”.

 

Saakaşvili öz oxucularına ritorik sual verir: “Necə ola bilər ki, müasir ordunun yaradıcısı böyük döyüşü həbsxanadan müşahidə etsin?”

 

Onun sözlərinə görə, “Ukraynanın ali hakimiyyətinin nümayəndəsi və Gürcüstanın vətənpərvəri kimi”, o, “Ukrayna və Gürcüstanın taleyi həll edilən yerdə olmalıdır”.

 

“Biz qalib gələcəyik!- Saakaşvili yazır. – Mən bunu Rusiyanın tammiqyaslı hücumuna qarşı ilk dayanan və bizim sizinlə vətənimizi xilas edən sərdar (Baş Komandan) kimi deyirəm”.

 

Eks-prezident qeyd edib ki, Gürcüstanın daxili siyasəti ilə daha maraqlanmır.

 

“Dünya məni tanıyır və Rusiya ilə mübarizəmi yaxşı bilir”,- Saakaşvili müraciətinin sonunda deyib.- Azadlıq ya ölüm!”.

 

Gürcüstan məhkəməsi tərəfindən 2 cinayət işi – “korrupsiya və xidməti səlahiyyətlərini aşma” maddələri üzrə 6 il müddətinə azadlıqdan məhrum edilən Mixail Saakaşvili 50 günlük aclıq elan edib.

 

Bundan sonra onun sağlamlığı ciddi surətdə pozulub və bir neçə ay müddətinə Tbilisi klinikalarının birinə köçürlüb, hazırda orada mühafizə altındadır. 

 

Həkimlər onda anoreksiya, bir sıra məhsullara qarşı həssaslıq və stresdən sonrakı depressiya fonunda əzələ kütləsinin azalmasını müəyyən edib. 

 

Bundan öncə məlumat verilib ki, Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs ərinin siyasi məhbus olduğunu bəyan edib və onun azad edilməsini tələb edib.

Mənbə

Share: