“Mən özüm də ictimai nəqliyyatdan istifadə edirəm”- Hikmət Hacıyev

Mən özüm də   şəxsən ictimai nəqliyyatdan istifadə edirəm. İstəsənizsizə metro kartımı göstərə bilərəm.

“Millətin Səsi.az” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bugünkü brifinqdə bildirib. 

Onun sözlərinə görə, “nəqliyyatda sıxlıq müşahidə olunduğu üçün BNA-ya müraciət olunub.

Metronun fəaliyyəti isə havalandırma sistemi və epidemioloji vəziyyət nəzərə alınaraq dayandırılıb”.

Share: