“Mən fəxr edirəm ki, hamı Ukrayna xalqına heyrandır, mən qələbəmizə tamamilə inanıram…”
Saakaşvili “Vivamed” klinikasından əlaqə zamanı bəyan edib ki, onu “zəhərləyiblər”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fevralın 1-də bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı törətdiyi müharibədə Ukraynanın qələbəsinə əmindir.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna vətəndaşı olan Mixail Şaakaşvili onun hökmünün təxirə salınması və ya cəzadan azad edilməsi işi ilə bağlı məhkəmə iclasının gedişində distansion formatda deyib. Məlumatı “İnterpressnews” nəşri yayıb.
Siyasətçi “Vivamed” klinikasından əlaqə zamanı məlumat verib ki, o, “işgəncəyə məruz qalır və onu “zəhərləyiblər”.
“Mən fəxr edirəm ki, hamı Ukrayna xalqına heyrandır, fəxr edirəm ki, prezidentimiz Zelenskidir, mən onun Ofisinə minnətdaram.
Mən qələbəmizə tamamilə inanıram, lakin əgər mən çox yaxında olan qələbəyədək sağ qala bilməsəm, mənim ürəyim Kiyevdə dəfn olunmalıdır, çünki bu ürək Ukraynaya məxsusdur”, – Saakaşvili Ukrayna dilində qeyd edib.
Gürgüstanın sabiq prezidenti yayım zamanı üzərində “I’m Ukrainian” (“Mən ukraynalıyam”) sözləri yazılan idman köynəyində olub.
Saakaşvili məhkəmədə video-formatda maykasını çıxararaq, nə qədər arıqladığını göstərib, bundan sonra yayım dayandırılıb.
Saakaşvilinin mətbuat katibi Darya Çij yanvarın 28-də yazıb ki, onun çəkisi 69 kq-dır, həbsxanaya düşəndə isə 120 kq təşkil edib.
“Onun orqanizmində geriyədönməz dəyişikliklər başlayıb. Lakin həbsxana klinikasının həkimləri onu orta ağır dərəcəli pasiyent sayır və reanimasiyadan söhbət getmir”, – o, vurğulayıb.