
Gəzintini olduqca çox sevirəm. Buğa bürcüyürəm, həyatı, yaşıllığı, dənizi çox sevirəm. Amma səhralıq yerə getmərəm, sevmirəm. Zəlzələdən, təyyarə qəzalarından qorxmuram, elə şeyləri ürəyimə gətirmirəm. Hər il gəzintiyə vaxt ayırıram”.
Milletinsesi.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Günə uğurla” verilişində deyib. O, bağ evi almaq əvəzinə həmin pulla səyahət etməyə üstünlük verdiyini bildirib:
“Olsun 100 ədəd ev, kim bu dünyadan gedəndə onları özü ilə aparır? O pulu yaşamağıma həsr edirəm. Mənim heç nəyim yoxdur. Allahdan həmişə istəyirəm ki, mənə can sağlığı versin. Yaşamağı çox sevirəm. Əsas özüm varam. Nə edirəm o bağı ki, orada işləməyə adam tutacağam, nə qədər xərcim çıxacaq. Mən uşaq oxutdururam. Pulum olsun, yaşayım. Pulu yığmaq üçün yox, xərcləmək üçün istəyirəm. Bəlkə də məni həyatda saxlayan səyahətlərimdir. Pul yığmıram, bağı özüm istəmirəm. İstəsəm, bağım olardı. O pula gedib gəzirəm. Bir evim var, həyəti də var”.Axşam.az