“Mənsimovu həbs etdirdin, milyard dollarlıq mülkünü…”


Türkiyəli mafia başçısı Sedat Peker azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə açıqlama verib.

Millətin Səsi.az xəbər verir ki, Peker “youtube” vasitəsilə yayımladığı görüntülərdə Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarı hədəf alıb. O bildirib ki, Peker ailəsi və yaxınlarına qarşı keçirilən əməliyyatı Mehmet Ağar təşkil edib.
“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdan da danışan Peker onun haqsız həbs edildiyini dilə gətirib:
“Mehmet Ağar! Sən heç bir şey deyilkən Mübariz sənə kömək etdi, öz yanında iş verdi, pul verdi. Sən isə gedib bəzi şəxslərlə əlaqə qurub dünyanın ən dəyərli adamı Mənsimovu həbs etdirdin. Sonra Bodrumdakı milyard dollarlıq mülkünü ələ keçirdin. Mübarizin cinayətkar olduğuna dəli belə inanmaz”.
Yeni avaz

didim masaj

Share: