Yeni qanunla taksilərin sayının azaldılması məsələsinə aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev danışıb.
“Bizim əsas məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır. Bizdə olan statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”, -deyə nazir bildirib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.