Mərakeşin mərkəzində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində azı 24 nəfər ölüb.
Modern.az “Maghreb Arabe Press” informasiya agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Azilal əyalətində magistral yolda baş verib. Belə ki, əyalətin qərbindəki Demnat şəhərinə doğru gedən avtobus döngələrin birində aşıb.
Yerli məmurlar, mülki müdafiə işçiləri və Krallıq Jandarmının əməkdaşları olay yerinə hərəkət edib.
Faktla bağlı araşdırma aparılır.