Mərdan Camalov qaziyə: “Götür Yüz manatı get!”

 

Zərdab rayon icra başçısı, Müdafiə sənayesi naziri olmuş Yavər Camalovun qardaşı Mərdan Camalov , demək olar ki ömrünün çox hissəsini müxtəlif rayon və şəhərlərin icrasında rəhbərlik edərək keçirir. Böyük imkanlara malik Camalovların nümayəndəsi Mərdan bəy , 44 günlük Vətən müharibəsi iştirakçısı və Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanmış və bu yaralardan da artıq ankoloji xəstəlik taparaq Ankoloji qeydiyyatda da olan, ələlxüsus da Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində 15 il qüsursuz xidmət keçmiş əsgər , Zərdab rayon Otmanoba kənd sakini Həsənov Cavid Sahib oğlunu qəbul edərək biabırçı təkliflər etmişdir.
Redaksiyamıza müraciət etmiş Qazi statusunu hətta Silahlı Qüvvələrimizin Ali baş komandanı, cənab İlham Əliyevin də imzasıyla təsdiqlənmiş bir sıra orden və medallarla təltif olunmuş Cavid Həsənov bildirir ki, yaşadığı kənd üzrə bələdiyyə pay torpaqlarından hamı kimi o da kiçik təsərrüfatla məşğul olmaq üçün Rayon icra hakimiyyətinə müraciət edib, buradan onlar rayonun bu cür təltifatlara layiq görülən qazini belə tanımadan əvvəlcə ondan müvafiq sənədlərin təqdimatını istəmişlər, bunları görüb tanış olduqdan sonra isə yenə də öz biganəliyini nümayiş etdirən Zərdab icra hakimiyyəti başçısı Mərdan Camalov onun ankoloji qeydiyyatda olduğunu bilə- bilə vur tut 100 manat təklif edib demişdir ki, gücümüz buna çatır, götür bunu get!
Müharibə iştirakçısı Cavid Həsənov onu da bildirir ki, Mərdan Camalov Bələdiyyə kənd torpaqlarını da geniş təsərrüfat üçün götürüb şəxsi mənafeyi naminə hektarlarla taxıl və yonca əkini ilə də məşğuldur. Lakin mən vur -tut 5 hektar torpaq sahəsini pay da yox, icarə üçün istəsəm də mənə bunu vermirlər. Lakin rayon Polis rəisi Azər Əfəndiyev isə dəfələrlə məni diqqətcil olaraq məni xəstəxanalara müayinə və müalicələrə də uzaq Bakıya daşıyıraq həm maddi, həm də mənəvi dəstək olmuşdur.
İndi məni bir sakin olaraq o düşündürür ki, axı nə üçün bu icra başçısı , o boyda imkanları olduğu halda vətən müharibəsi iştirakçısına etinasız yanaşır? Və ən əsası da əgər rayon icra başçısı olaraq əgər Mərdan Camalovun imkanı məhduddursa bəs nə üçün öz qulluq mövqeyindən istifadə edərək Zərdab Bələdiyyəsindən hektarlarla torpaq sahələrini müxtəlif məqsədlərə istifadə edib daha da imkanlanır, ancaq mənim vəziyyətimi belə anlamayaraq mənə nəinki 1 ha, heç 1 sot belə torpaq verməyərək məni dilənçi hesab edib vur -tut cəmi Yüz manatı mənə tapşırdıb mənim ankoloji dərmanlarımın ağır vəziyyətimi başa düşmür!
Axı nə üçün Polis rəisi ondan qat qat aşağı imkanlara malik olmasına baxmayaraq sakininə etina ilə yanaşır, ancaq bu bir sıra böyük şəhərlərin başçısı olduğu halda böyük imkanlar sahibi kimi mənə bu ağır günümdə yardımçı olmur, yaxasını gen çəkir?
Məgər biz Qazilər bu icra başçılarının rahat kresloda əyləşməsi üçün canımızı xəstə saldıq?
Biz də media olaraq inanırıq ki adından fərqli mərdlik göstərməkdə aciz olan Mərdan bəy bu məzəmmətdolu ictimailəşmədən sonra , öz sahib olduğu imkanlarından elə əkib becərdiyi torpağlar uğrunda yaralanıb xəstə düşən Qazimizə bundan sonra kömək duracaqdır! Ən azından üzərində daşıdığı Mərdan adındakı mərd sözünü sübut etmək üçün!

Xeberaz.az

Xəyyam Qurbanlı.

Share: