Mərhum aktrisa cəsədinin yandırılmasını vəsiyyət edib

Türkiyəli aktrisa Yıldız Kenter ötən gün 92 yaşında dünyasını dəyişib.

Milletinsesi.az axşam.az-a istinadən xəbər verir ki, onun bir neçə il öncə verdiyi açıqlamada cəsədinin yandırılmasını vəsiyyət etdiyi ortaya çıxıb.

“Cəsədimi yandırmalarını istəyirəm. Bunun da səbəbi var. Qəbiristanlıqlar doludur, yer yoxdur artıq. Onsuz da bir gün bunu etməyə məcbur olacaqlar” – o, müsahibəsində bildirmişdi.

Mərhumun vəsiyyətinin yerinə yetirilib-yetirilməyəcəyi isə hələlik məlum deyil.

Share: