Azərbaycan Mərkəzi Bankı 30 aprel tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Milletinsesi.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,9020 manat təşkil edir.
1 türk lirəsi 0,2853 manat, 1 rus rublu 0,0264 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6289 manatdır.