2021-ci il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,365 milyard dollar təşkil edib.
Milletinsesi.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artıb.
Eyni zamanda, 2021-ci il yanvarın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0,07 faiz və ya 4,2 milyon dollar azalıb.